ABŞ-ın
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatların müdafiə nazirinin müavini Ellen Lord bildirib
Pentaqon rəsmisinin məlumatına görə, Türkiyənin maliyyə itkiləri 9 milyard dollar təşkil edəcək.
"Türkiyə, təəssüf ki, iş yerləri və bəzi iqtisadi imkanlar itirəcək. Bu ölkə F-35 proqramı üzrə kooperasiya proqramı çərçivəsində yönəldilmiş vəsaitdən 9 milyard dollar əskik alacaq", - deyə o vurğulayıb.
Pentaqon rəsmisinin sözlərinə görə, Türkiyə F-35 üçün 900-dən çox detal istehsal etməli idi.
"F-35 proqramı üzrə təlim almış bütün türk pilotları, həmçinin təlimatçılar, hansılar ki, hazırda ABŞ-dadır, ölkəni tərk etməli olacaqlar", - deyə Lord əlavə edib.
"F-35-lərin alınması və proqramın reallaşdırılması üzrə ABŞ-ın Müdafiə Nazirliyi bölməsində işləyən 20 türk hərbi qulluqçu daha öz iş yerlərinə giriş əldə edə bilməyəcəklər", - deyə o, həmçinin vurğulayıb.