Türkiyə Ukraynada rusiyalı məhbusların ziyarət edilməsi ilə bağlı hesabatı Rusiyaya göndərib

Türkiyə Ukraynada rusiyalı məhbusların ziyarət edilməsi ilə bağlı hesabatı Rusiyaya göndərib Türkiyə Ukraynadakı əsir götürülmüş rusiyalıların ziyarət edilməsi ilə bağlı hesabatın bir hissəsini Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkovaya göndərib və eyni zamanda Rusiyadan ukraynalı hərbi əsirlərin saxlandığı yerlərə analoji səfə
Digər ölkələr
10 Oktyabr , 2024 01:08
Türkiyə Ukraynada rusiyalı məhbusların ziyarət edilməsi ilə bağlı hesabatı Rusiyaya göndərib

Türkiyə Ukraynadakı əsir götürülmüş rusiyalıların ziyarət edilməsi ilə bağlı hesabatın bir hissəsini Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkovaya göndərib, eyni zamanda Rusiyadan ukraynalı hərbi əsirlərin saxlandığı yerlərə analoji səfərin təşkil edilməsini istəyib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Baş Ombudsmanı Şeref Malkoç Avrasiya Ombudsmanlar Alyansının IX iclasında bildirib.

“Türkiyənin Ombudsman İnstitutu olaraq, təbii ki, biz də Ukrayna ilə Rusiya arasında baş verənlər kontekstində, xüsusən qadınların, uşaqların və məhbusların hüquqlarının müdafiəsi istiqamətində müəyyən işlər görmüşük. Hərbi əsirlərə gəlincə, Ukrayna həbsxanalarında saxlanılan rusiyalı hərbi əsirlərə baş çəkdik. Səfərin nəticələrinə əsasən hesabat hazırlandı, sənədin bir hissəsi Rusiyanın insan hüquqları üzrə müvəkkilinə göndərilib”, - o deyib.

Malkoç həmçinin qeyd edib ki, Türkiyə ukraynalı hərbi əsirlərin Rusiyada hansı şəraitdə olduqlarını yoxlamaq üçün oxşar səfərin təşkili tələbi ilə Rusiyaya yazılı müraciət göndərib.

“Biz insan hüquqlarının pozulması hallarının müzakirəsinə çox vaxt ayırmağı və qarşıda duran işlərlə bağlı fikir mübadiləsi aparmağı planlaşdırırıq”, - o əlavə edib.

Son xəbərlər

Orphus sistemi