Türkiyə Ukrayna üçün müasir hərbi gəmi inşa edəcək

Türkiyə Ukrayna üçün müasir hərbi gəmi inşa edəcək Ukraynanın Türkiyədə inşasına başlanan yeni hərb gəmisi 2023-cü ilə qədər hazır olacaq.
Digər ölkələr
4 İyul , 2021 14:27
Türkiyə Ukrayna üçün müasir hərbi gəmi inşa edəcək

Ukraynanın Türkiyədə inşasına başlanan yeni hərb gəmisi 2023-cü ilə qədər hazır olacaq.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Odessada ölkənin Hərbi-Dəniz Qüvvələrinin hərbçiləri qarşısında çıxış edən ölkə prezidenti Volodimir Zelenski bildirib.

"Bizim türk dostlarımız Ukraynanın Hərbi Dəniz Qüvvələrinin gəmiçiliyinin inkişafını fəal dəstəkləyirlər. Artıq Türkiyədə bizim müasir hərb gəmimizin əsası qoyulub və gəmi 2023-ün sonuna kimi Ukraynada inşa ediləcək", - o deyib.

Prezident əlavə edib ki, tezliklə respublikaya Türkiyənin “Bayraktar” pilotsuz uçuş aparatları da gətiriləcək və Hərbi Dəniz Qüvvələri aviasiyasının heyətinə daxil ediləcək. "Ukrayna ekipajları artıq Türkiyədə pilotsuz uçuş aparatları üçün təlimi qurtarırlar", - Zelenski vurğulayıb.

Xatırladaq ki, Ukrayna hələ 2020-ci ilin yayında “Bayraktar” pilotsuz uçuş aparatlarının idxalı haqqında danışıqlara başlayıb.

Son xəbərlər

Orphus sistemi