Türkiyə Suriyada Moskva və Tehranla əməkdaşlığı davam etdirəcək

Türkiyə Suriyada Moskva və Tehranla əməkdaşlığı davam etdirəcək Bakı. 29 dekabr. REPORT.AZ/ Rəsmi Ankara və Moskva Suriyadakı bütün terror təşkilatlarının məhv edilməsinin zəruriliyi ilə bağlı həmfikirdir. Suriya və regional məsələlərlə əlaqədar Rusiya və İranla sıx əməkdaşlığı davam etdirəcəyik.
Digər ölkələr
29 Dekabr , 2018 17:48
Türkiyə Suriyada Moskva və Tehranla əməkdaşlığı davam etdirəcək
Report

Bakı. 29 dekabr. REPORT.AZ/ "Rəsmi Ankara və Moskva Suriyadakı bütün terror təşkilatlarının məhv edilməsinin zəruriliyi ilə bağlı həmfikirdir. Suriya və regional məsələlərlə əlaqədar Rusiya və İranla sıx əməkdaşlığı davam etdirəcəyik".

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Moskvada keçirilən danışıqlardan sonra deyib.

Agentliyin məlumatına görə, Moskvada Rusiya-Türkiyə danışıqları saat yarım davam edib. Türkiyənin nümayəndə heyətinin tərkibinə Türkiyə liderinin nümayəndəsi İbrahim Kalın, xarici işlər naziri Mövlud Çavuşoğlu, müdafiə naziri Hulusi Akar və Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan daxil olub.

Rusiya tərəfini isə xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu və Rusiya liderinin beynəlxalq əlaqələr üzrə köməkçisi Yuri Uşakov təmsil edib. Görüşdə Suriyanın şimal-şərqindəki vəziyyət müzakirə edilib.

M.Çavuşoğlu Türkiyənin Suriyanın ərazi bütövlüyü prinsiplərinə sadiq qaldığını və zamin ölkə ölkə olaraq onun pozulmasına yönələn cəhdlərin qarşısını almağa hazır olduğunu qeyd edib.

Son xəbərlər

Orphus sistemi