Türkiyə-Suriya sərhədində 9 Britaniya vətəndaşı tutulub

Türkiyə-Suriya sərhədində 9 Britaniya vətəndaşı tutulub Bu şəxslər terrorçu "İslam Dövləti" təşkilatına qoşulmaq məqsədi ilə Suriya ərazisinə keçməyə cəhd ediblər
Digər ölkələr
1 Aprel , 2015 22:22
Türkiyə-Suriya sərhədində 9 Britaniya vətəndaşı tutulub

Bakı. 1 aprel. REPORT.AZ/ Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı Suriya ilə həmsərhəd Xatay vilayətində son bir sutka ərzində keçirilən reydlər zamanı 9 Böyük Britaniya vətəndaşının tutulduğunu açıqlayıb. "Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu şəxslər terrorçu "İslam Dövləti" təşkilatına qoşulmaq məqsədi ilə Suriya ərazisinə qanunsuz olaraq keçməyə cəhd ediblər.

Hərbçilər Britaniya vətəndaşlarını polisə təhvil veriblər.

Qeyd edək ki, hazırda "İslam Dövləti"nin sıralarında 80 dövlətin vətəndaşları savaşır. İraq və Suriyada terrorçulara dəstək verən Böyük Britaniya vətəndaşlarının sayı isə 500 ötür.

Son xəbərlər

Orphus sistemi