Türkiyə rəsmisi: “ABŞ-ın Suriyaya endirdiyi hava zərbələri müsbət və əhəmiyyətlidir”

Türkiyə rəsmisi: “ABŞ-ın Suriyaya endirdiyi hava zərbələri müsbət və əhəmiyyətlidir” Numan Kurtulmuş: “Bu əməliyyatın Suriyada sülhə yardım edəcəyinə ümidvaram”
Digər ölkələr
7 Aprel , 2017 10:21
Türkiyə rəsmisi: “ABŞ-ın Suriyaya endirdiyi hava zərbələri müsbət və əhəmiyyətlidir”

Bakı. 7 aprel. REPORT.AZ/ “ABŞ-ın Suriyaya endridiyi hava zərbələri müsbət və əhəmiyyətlidir”.

“Report” Haber7-yə istinadən xəbər verir ki, bunu Türkiyə hökumətinin sözçüsü Numan Kurtulmuş ABŞ-ın Suriyaya hava zərbələrini dəyərləndirərkən deyib.

“Bu əməliyyatın Suriyada sülhə yardım edəcəyinə ümidvaram”, - deyə Numan Kurtulmuş vurğulayıb.

Qeyd edək ki, ABŞ Suriyanın Homs bölgəsində Bəşşar Əsəd rejiminə aid Hərb hava bazasını ordusunun aviabazasına Aralıq dənizindəki gəmilərindən 59 "Tomahawk" tipli raket buraxıb.

Son xəbərlər

Orphus sistemi