Türkiyə prezidenti: "Artıq terrorizmlə mübarizə məsələsində sözün bitdiyi andayıq"

Türkiyə prezidenti: "Artıq terrorizmlə mübarizə məsələsində sözün bitdiyi andayıq" Rəcəb Tayyib Ərdoğan: "Hər zaman terrorizmə qarşı ortaq məxrəcə gəlmək üçün çağırış etmişik"
Digər ölkələr
14 Noyabr , 2015 10:18
Türkiyə prezidenti: Artıq terrorizmlə mübarizə məsələsində sözün bitdiyi andayıq

Bakı. 14 noyabr. REPORT.AZ/ "Parisdəki hadisə terrorizm mövzusunda uzun müddətdir dilə gətirdiyimiz həssaslığı ağır şəkildə ortaya qoymuş oldu. Hər zaman terrorizmə qarşı ortaq məxrəcə gəlmək üçün çağırış etmişik. Artıq terrorizmlə mübarizə məsələsində sözün bitdiyi anda olduğumuzu xatırlatmaq istəyirəm". "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransadakı terror hadisələrinə münasibət bildirərkən deyib.

R.T.Ərdoğan Fransada baş verən hadisədən təəssüfləndiyini və ölənlərin ailəsinə, yaxınlarına başsağlığı verdiyini, yaralılara isə şəfa dilədiyini bildirib.

O, Fransa və Almaniya milli futbol komandalarının oynadığı futbol zamanı baş verən partlayışın hər iki ölkənin xalqının sakitçiliyini və təhlükəsizliyini açıq şəkildə pozmağa yönəldiyini, əsas hədəfin bu olduğunu vurğulayıb: "Terror məsələsində təxminən 30 ildən çoxdur ki, mübarizə aparan ölkənin prezidenti olaraq deyə bilərəm ki, terrorun dini, milləti, irqi, vətəni yoxdur. Terrorizmin və terrorçunun hamısı pisdir".

R.T.Ərdoğan şəxsi "twitter" səhifəsində türk və fransız dilində Parisdəki terror hücumlarını qınadığını bildirib: "Fransada meydana gələn terror hücumlarını şiddətlə qınayır, Fransua Ollanda və fransız xalqına dərin hüznlə başsağlığımı çatdırıram". 

Son xəbərlər

Orphus sistemi