Bakı. 29 sentyabr. REPORT.AZ/ Türkiyənin Hərbi Hava Qüvvələri PKK-nın İraqın şimalındakı obyektlərinə növbəti zərbələr endirib.
"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi Türkiyə Hərbi Qüvvələrinin Baş Qərargahına istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, əməliyyatlar sentyabrın 28-də və 29-da keçirilib. Zərbələr nəticəsində 8 terrorçu zərərsizləşdirilib. Məlumata görə, Metin rayonunda 3, Avaşin-Basyanda 5 terrorçu məhv edilib.