Türkiyə konsulluğun əməkdaşları ilə bağlı iş üzrə ABŞ-a zəmanət verməkdən imtina edib

Türkiyə konsulluğun əməkdaşları ilə bağlı iş üzrə ABŞ-a zəmanət verməkdən imtina edib Bu barədə Türkiyənin ABŞ-dakı Səfirliyindən bildirilib
Digər ölkələr
7 Noyabr , 2017 03:45
Türkiyə konsulluğun əməkdaşları ilə bağlı iş üzrə ABŞ-a zəmanət verməkdən imtina edib

Bakı. 7 noyabr. REPORT.AZ/ Türkiyə ABŞ-a hər hansı cinayət işləri və başqa hüquqi proseslər üzrə zəmanətə verməyəcək. Çünki bu, respublika hökumətinin səlahiyyətinə daxil deyil.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin ABŞ-dakı Səfirliyindən bildirilib.

Bəyanat iki ölkə arasında viza böhranına səbəb olmuş Amerikanın İstanbuldakı Baş Konsulluğunun əməkdaşlarının tutulmasından sonra verilib. Bazar ertəsi əvvəlcə ABŞ, sonra Türkiyə "məhdudlaşdırılmış həcmdə" vizaların verilməsinin yeniləndiyini bildiriblər.

"Türkiyə hüquqi dövlətdir və hökumətimiz davam edən hüquqi proseslərin predmeti olan işlər haqqında heç bir təminat verə bilmir", - deyə diplomatik missiyanın bəyanatında deyilir.

Son xəbərlər

Orphus sistemi