Türkiyə HHQ-yə məxsus 4 “F-16” təyyarəsi patrul xidməti üçün Rumıniyaya göndərilib

Türkiyə HHQ-yə məxsus 4 “F-16” təyyarəsi patrul xidməti üçün Rumıniyaya göndərilib Türkiyə Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus 4 “F-16” təyyarəsi NATO hava polisi missiyası çərçivəsində ölkə səmasında patrul xidməti həyata keçirmək üçün Rumıniyaya gəlib.
Digər ölkələr
30 Noyabr , 2023 18:51
Türkiyə HHQ-yə məxsus 4 “F-16” təyyarəsi patrul xidməti üçün Rumıniyaya göndərilib

Türkiyə Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus 4 “F-16” təyyarəsi NATO hava polisi missiyası çərçivəsində ölkə səmasında patrul xidməti həyata keçirmək üçün Rumıniyaya göndərilib.

"Report" xəbər verir ki, bu barədə Rumıniya Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Təxminən 80 hərbçi və 4 “F-16” təyyarəsindən ibarət heyət NATO komandanlığı altında gücləndirilmiş hava polisi missiyasında Rumıniya HHQ-nin pilotları ilə yanaşı uçacaq. Bu missiyaların birgə həyata keçirilməsi Rumıniya və Türkiyə HHQ-ləri arasında qarşılıqlı əlaqənin güclənməsinə töhfə verir”, - məlumatda bildirilib.

Son xəbərlər

Orphus sistemi