Türkiyə Hərbi Hava Qüvvələri İraqda terrorçuları məhv etdi

Türkiyə Hərbi Hava Qüvvələri İraqda terrorçuları məhv etdi Türkiyə ordusunun İraqın şimalındakı Avaşin-Basyan ərazisində keçirdiyi “Pençe-Yıldırım” əməliyyatı çərçivəsində PKK-nın 5 terrorçusu hava zərbəsi ilə məhv edilib
Digər ölkələr
156
12 May , 2021 06:33
Türkiyə Hərbi Hava Qüvvələri İraqda terrorçuları məhv etdi

Türkiyə ordusunun İraqın şimalındakı Avaşin-Basyan ərazisində keçirdiyi “Pençe-Yıldırım” əməliyyatı çərçivəsində PKK-nın 5 terrorçusu hava zərbəsi ilə məhv edilib.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

"Güclülər, qətiyyətlilər və qüdrətilər! Biz İraqın şimalında terrorçuların yuvalarını dağıtmağa davam edirik. Daha beş PKK terrorçusu Türkiyənin Hərbi Hava Qüvvələri tərəfindən zərərsizləşdirilib", - Müdafiə Nazirliyini xəbərində deyilir.

Türkiyənin Hərbi Qüvvələri “Pençe-Yıldırım” əməliyyatı çərçivəsində terrorçuları zərərsizləşdirməyi davam etdirəcəklər. İraqın şimalında keçirilən əməliyyat aprelin 24-də başlayıb.

Son xəbərlər

Orphus sistemi