​Türkiyə ABŞ-ın Suriya kürdlərinə silah verməkdən imtina etməsini dəstəkləyir

​Türkiyə ABŞ-ın Suriya kürdlərinə silah verməkdən imtina etməsini dəstəkləyir Türkiyə XİN-in sözçüsü: ABŞ-ın mövqeyi artıq narahatçılığa səbəb deyil
Digər ölkələr
5 Noyabr , 2015 20:18
​Türkiyə ABŞ-ın Suriya kürdlərinə silah verməkdən imtina etməsini dəstəkləyir

Bakı. 5 noyabr. REPORT.AZ/ Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın Suriya kürdlərinə silah-sursat verməyi planlaşdırmadığına dair mövqeyini dəstəkləyir.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bundan öncə ABŞ-ın Yaxın Şərq və Şimali Afrikadakı Mərkəzi komandanlığının nümayəndəsi Stiv Uorren bildirmişdi ki, Birləşmiş Ştatlar Türkiyənin ehtiyat etdiyi kimi kürdləri deyil, Suriya ərəb müxalifətinin birləşmələrini bundan sonra da silahla təmin etməyi düşünür.

"Biz bunu məmnunluqla qəbul etdiik. Bundan öncə isə narahatçılığımızı ifadə etmişdik. Bunun necə reallaşacağını izləyəcəyik", - Türkiyə XİN-in sözçüsü Tanju Bilgic jurnalistlərə açıqlamasında deyib.

Ərazisində bir neçə milyon kürdün yaşadığı Türkiyə bir tərəfdən regionda İŞİD-lə mübarizədə ABŞ-la tərəfdaşdır, digər tərəfdən isə silahın Ankaranın terror təşkilatı hesab etdiyi PKK üzvlərinin əlinə keçəcəyindən ehtiyatlanır. 

Son xəbərlər

Orphus sistemi