Yuxarı

Türk əsilli siyasətçi Əhməd Koç FETÖ-ya görə Belçika Sosialist Partiyasından xaric edilib

Əhməd Koç çevriliş əleyhdarı olmasına görə hədəf alındığını söyləyib

Bakı. 26 avqust. REPORT.AZ/ Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişinə cəhd göstərməsi zamanı Türkiyədə demokratiyanı müdafiə etdiyi üçün Belçika mətbuatında əleyhinə xəbərlər yayılan türk əsilli siyasətçi Əhməd Koç Belçika Sosialist Partiyasından xaric edilib.

"Report"un "Anadolu"ya istinadən verdiyi xəbərə görə, Belçika Sosialist Partiyasının İntizam Komitəsinin Brüsseldə baş tutan toplantısında Ə.Koç ilə bağlı məsələ müzakirə olunub və onun partiyadan xaric edilməsinə qərar verilib.

Partiyanın Limburq Region Məclisi başçısının köməkçisi olan Ə.Koç qərardan sonra verdiyi açıqlamada bu qərarın özü üçün sürpriz olduğunu, İntizam Komitəsinin qərarının əsli olmayan iddialara söykəndiyini söyləyib.

Beringen şəhərindəki nümayişə liderlik etməklə günahlandırıldığını deyən Ə.Koç bunun böyük yalan olduğunu söyləyib: "Toplantıda yeganə qərar mənim partiyada qalmağımla bağlı olmalı idi. Ancaq görünən odur ki, başqa siyasi hesablar işin içinə daxil olub".

Xatırladaq ki, Ə.Koç FETÖ-nün dövlət çevrilişinə cəhd göstərdiyi gecə Belçikanın Beringen şəhərindəki türklərin FETÖ ilə əlaqəli olan dərnəyə aid binaya getməsini təşkil etməklə günahlandırılır. Sosialist Partiyasının üzvləri iddialarla əlaqədar komissiya yaradıb. Ə.Koç isə həmin gün nümayişə qatılmadığını söyləyib. O, bu iddiaların FETÖ üzvlərinin böhtanlarına söykəndiyini və çevriliş əleyhdarı olmasına görə hədəf alındığını söyləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi