Yuxarı

​Tunisin Müdafiə Nazirliyinə məxsus helikopter qəzaya uğrayıb, ölənlər var

Qəza nəticəsində iki hərbçi həlak olub

Bakı. 14 iyul. REPORT.AZ/ Tunisin Müdafiə Nazirliyinə məxsus helikopter qəzaya uğrayıb. 

"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə respublikanın milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə təlim uçuşu zamanı, ölkə paytaxtından 270 kilometr cənub-şərqdə, Sfaks vilayətində baş verib.

Qəza nəticəsində iki hərbçi həlak olub. 

Hadisənin başvermə səbəbləri hələlik aydın deyil. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi