​Tunisdə terrorçular sərhəddə 4 qvardiyaçını öldürüb

​Tunisdə terrorçular sərhəddə 4 qvardiyaçını öldürüb Qətli "əl-Qaidə" ilə əlaqəsi olan təşkilatın silahlıları törədib
Digər ölkələr
18 Fevral , 2015 11:05
​Tunisdə terrorçular sərhəddə 4 qvardiyaçını öldürüb

Bakı.18 fevral. REPORT.AZ/ Tunisin 4 hərbçisi Əlcəzairlə sərhəd dağlıq ərazidə öldürülüb.

"Report" "TASS"a istinadən xəbər verir ki, qətli "əl-Qaidə" ilə əlaqəsi olan təşkilatın silahlıları törədib.

Tunisin Daxili İşlər Nazirliyi bildirib ki, ölkənin Bulaba rayonuna terorrçular basqın edərək, milli qvardiyanın 4 hərbçisini öldürüblər.

Xatırladaq ki, silahlı basqın edən "Uqba ibn-Nafi" terrorçu dəstəsi 2012-ci ildən Tunis-Əlcəzair sərhədində peyda olub.

Son xəbərlər

Orphus sistemi