Yuxarı

Tunisdə mehmanxanaya hücum: ölənlərin sayı 27-yə çatıb - YENİLƏNİB

Xarici işlər naziri hadisəni terror hücumu olaraq qiymətləndirib

Bakı. 26 İyun. REPORT.AZ/ Tunisin Sus şəhərində yerləşən bir mehmanxanaya silahlı hücum nəticəsində ən azı 27 nəfər həlak olub.

"Report"un BBC-yə istinadən verdiyi məlumata görə, bu mehmanxana həm də Britaniyalı turistlər arasında populyarlıq qazanmış bir məkan hesab olunurdu. Silahlılardan biri öldürülüb.

Bu ilin mart ayından Tunisdə turizm sahəsi ilə bağlı olan bir çox obyektlərdə təhlükəsizlik tədbirləri gücləndirilmişdi.

Həmin vaxt Tunis paytaxtında yerləşən Bardo muzeyinə hücum nəticəsində Böyük Britaniya, Fransa, İtaliya, Kolumbiya və Yaponiyadan olan 21 turist həlak olmuşdu.

*** 18:32

Bakı. 26 iyun. REPORT.AZ/ Tunsin Sus şəhərində turistlərin qaldığı mehmanxanaya silahlılar hücum edib.

"Report" xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.

Belə ki, mehmanxanada atışma baş verib. Hücum edən silahlılardan biri öldürülüb.

Tunisin xarici işlər naziri hadisəni "terror hücumu" olaraq qiymətləndirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi