Tunisdə koronavirusla bağlı komendant saatı tətbiq edilib

Tunisdə koronavirusla bağlı komendant saatı tətbiq edilib Tunis hakimiyyəti koronavirus infeksiyasının yayılması ilə mübarizəni gücləndirmək üçün komendant saatı tətbiq edib.
Digər ölkələr
13 Yanvar , 2022 05:13
Tunisdə koronavirusla bağlı komendant saatı tətbiq edilib

Tunis hakimiyyəti koronavirus infeksiyasının yayılması ilə mübarizəni gücləndirmək üçün komendant saatı tətbiq edib.

"Report" xəbər verir ki, bu barədə "Nessma" telekanalı məlumat yayıb.

Hökumətin qərarına əsasən, yanvarın 13-dən etibarən saat 22:00-dan 05:00-dək əhalinin küçəyə çıxması qadağan ediləcək. Bu saatlarda ölkədə istənilən fəaliyyət, ticarət və dövlət müəssisələrinin işi də dayandırılacaq.

Tunis hakimiyyəti, həmçinin kütləvi tədbirləri ləğv etmək və ya təxirə salmaq, sərhəddə sanitar-epidemioloji təhlükəsizlik tədbirlərini gücləndirmək qərarına gəlib. Bununla yanaşı, hökumət bütün vətəndaşları başqa ölkələrə səfərlərdən çəkinməyə və Səhiyyə Nazirliyinin həyata keçirdiyi qabaqlayıcı tədbirlərə əməl etməyə çağırıb.

Komendant saatı epidemioloji vəziyyətin pisləşəcəyi təqdirdə onun uzadılması ehtimalı ilə iki həftə müddətinə tətbiq edilir.

Son xəbərlər

Orphus sistemi