Tryudo və Ərdoğan regional məsələləri müzakirə ediblər

Tryudo və Ərdoğan regional məsələləri müzakirə ediblər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Kanadanın baş naziri Castin Tryudo arasında telefon danışığı olub.
Digər ölkələr
23 Yanvar , 2020 01:05
Tryudo və Ərdoğan regional məsələləri müzakirə ediblər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Kanadanın baş naziri Castin Tryudo arasında telefon danışığı olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Kanada baş nazirinin dəftərxanasının bəyanatında deyilir.

Qeyd edilir ki, tərəflər söhbət zamanı Yaxın Şərqdə vəziyyəti və İranda Ukrayna təyyarəsinin vurulmasının araşdırılmasının gedişini müzakirə ediblər.  

"Baş nazir prezident Ərdoğana Türkiyə tərəfindən Kanadaya faciə ilə əlaqədar göstərilən köməyə, o cümlədən qəza qurbanlarının ailə üzvlərinin tranzitinə (Türkiyə vasitəsilə İrana) görə təşəkkür etdi” - bəyanatda qeyd edilir.

Liderlər həmçinin bu faciənin tam şəffaf, etimadlı araşdırılması zəruriliyi barədə razılığa gəliblər.

Tryudo və Ərdoğan həmçinin Yaxın Şərqdə cari vəziyyəti müzakirə ediblər. Onlar gərginliyin eskalasiyasından qaçmağın zəruriliyini və bütün regionda sülhün və sabitliyin saxlanılmasına görə İŞİD-lə mübarizəni davam etdirməyə ehtiyac olduğunu vurğulayıblar. 

Son xəbərlər

Orphus sistemi