Trampın seçki kampaniyasının rəhbəri koronavirusa yoluxub

Trampın seçki kampaniyasının rəhbəri koronavirusa yoluxub 42 yaşlı Stepien karantin müddəti bitənə qədər evdən işləmək niyyətindədir
Digər ölkələr
3 Oktyabr , 2020 11:01
Trampın seçki kampaniyasının rəhbəri koronavirusa yoluxub
Bill Stepien

ABŞ prezidenti Donald Trampın seçki kampaniyasının rəhbəri Bill Stepien koronavirusa yoluxub.

“Report” xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Bildirilib ki, B.Stepienə cümə günü koronavirus diaqnozu qoyulub. Onda qripə bənzər yüngül simptomlar olduğu bildirilir.

42 yaşlı Stepien karantin müddəti bitənə qədər evdən işləmək niyyətindədir.

Xatırladaq ki, daha əvvəl D.Trampın özü koronavirusa yoluxduğunu, xəstəxanaya yerləşdirildiyini bildirmişdi.

Son xəbərlər

Orphus sistemi