Trampın oğlu ailəsinə təhdidlər olduğunu bildirib

Trampın oğlu ailəsinə təhdidlər olduğunu bildirib Bakı. 3 avqust. REPORT.AZ/ ABŞ Prezidenti Donald Trampın ortancıl oğlu Erik özünün və ailəsinin bütün üzvlərinin təhdid edildiyini bildirib.
Digər ölkələr
3 Avqust , 2018 11:44
Trampın oğlu ailəsinə təhdidlər olduğunu bildirib
CNBC
0 : 00
0 : 00

Bakı. 3 avqust. REPORT.AZ/ ABŞ Prezidenti Donald Trampın ortancıl oğlu Erik özünün və ailəsinin bütün üzvlərinin təhdid edildiyini bildirib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə E.Tramp "Fox News"a açıqlamasında söyləyib.

"Mənə də, ailə üzvlərimə də, bir sözlə, hamımıza poçtla ağ toz göndərilib. Hamımız təhdid olunmuşuq", - o deyib.

Xatırladaq ki, daha əvvəl, fevral ayında ABŞ prezidentin böyük oğlu - kiçik Donald Trampın Nyu-Yorkdakı mənzilinə içərisində naməlum mənşəli ağ toz olan zərf çatdırılıb. Anonim göndərici zərfdə prezidentin oğlunun ünvanına təhqirlərlə dolu sözlər də yazıb və inun layiq olduğu münasibəti gördüyünü qeyd edib.

Son xəbərlər

Orphus sistemi