Tramp Zelenski ilə yaxşı münasibətləri olduğunu bəyan edib

Tramp Zelenski ilə yaxşı münasibətləri olduğunu bəyan edib ABŞ-ın keçmiş prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenski ilə yaxşı münasibətləri var. Tramp impiçment qalmaqalı zamanı Ukrayna liderinin hərəkətlərini yüksək qiymətləndirir.
Digər ölkələr
30 Sentyabr , 2024 21:25
Tramp Zelenski ilə yaxşı münasibətləri olduğunu bəyan edib

ABŞ-nin keçmiş prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenski ilə yaxşı münasibətləri var. Tramp impiçment qalmaqalı zamanı Ukrayna liderinin hərəkətlərini yüksək qiymətləndirir.

“Report” xəbər verir ki, bu barədə Ukrayna KİV sabiq ABŞ liderinin “The Washington Post” qəzetinə müsahibəsinə istinadən məlumat yayıb.

“Zelenski ilə yaxşı münasibətim var idi. O, xoşuma gəlir”, - Tramp deyib.

ABŞ-nin keçmiş prezidentinin sözlərinə görə, buna səbəb mümkün impiçmentlə bağlı qalmaqal zamanı Zelenskinin hərəkətləridir.

“O (Zelenski - red.) deyə bilərdi ki, lentə alınmadan (söhbətin - red.) xəbəri yoxdur. Amma “Bəli, özümə təhdid hiss edirdim” demək əvəzinə, o belə dedi: “O (Tramp - red.) qəti olaraq səhv bir şey etməyib”, - amerikalı siyasətçi sözlərinə əlavə edib.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski ötən həftə ABŞ-yə səfəri zamanı Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampla görüşüb.

Son xəbərlər

Orphus sistemi