Donald Tramp: "Yüksək ixtisaslı əcnəbilər ABŞ vətəndaşlığı ala biləcəklər"

Donald Tramp: "Yüksək ixtisaslı əcnəbilər ABŞ vətəndaşlığı ala biləcəklər" Bakı. 11 yanvar. REPORT.AZ/ Yüksək ixtisaslı mütəxəssislərin ABŞ-da qalması tezliklə sadələşdiriləcək, bu həm də onlara gələcəkdə ABŞ vətəndaşlığı almaq imkanı verəcək.
Digər ölkələr
11 Yanvar , 2019 18:45
Donald Tramp: Yüksək ixtisaslı əcnəbilər ABŞ vətəndaşlığı ala biləcəklər

Bakı. 11 yanvar. REPORT.AZ/ Yüksək ixtisaslı mütəxəssislərin ABŞ-da qalması tezliklə sadələşdiriləcək, bu həm də onlara gələcəkdə ABŞ vətəndaşlığı almaq imkanı verəcək.

"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Twitter" səhifəsində yazıb.

"H1-B vizasının (yüksək ixtisaslı mütəxəssis vizaları) sahibləri əmin ola bilərlər ki, qarşıdakı dəyişikliklər onların ABŞ-da qalmalarını, o cümlədən mümkün vətəndaşlıq almalarını asanlaşdıracaq və təmin edəcək. ABŞ işləmək üçün istedadlı və yaxşı hazırlıqlı insanları ölkəyə cəlb etmək niyyətindədir", - Tramp yazıb.

Daha əvvəl D.Tramp "qrin kart" viza lotereyasını ləğv etmək niyyətini açıqlamışdı.

Son xəbərlər

Orphus sistemi