Yuxarı

Donald Tramp "Greencard"ı ləğv etmək niyyətindədir

ABŞ prezidenti: İmmiqrasiya sisteminin tətbiqi üçün çox sərt mübarizə aparırıq

Bakı. 1 noyabr. REPORT.AZ/ Nyu-Yorkda terror aktı törətməkdə şübhəli bilinən özbəkistanlı Sayfullo Saipov ABŞ-a viza lotereyası ("Greencard") vasitəsilə gedib.

"Report" xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "Twitter" səhifəsində yazıb.

"Terrorçu ölkəmizə Çak Şumerin (demokrat senator - red.) çox bəyəndiyi müxtəlifliyin təşviqi məqsədilə keçirilən immiqrasiya vizası lotereyasını qazanaraq gəlib. Daha demokratların dəstəklədiyi lotoreya sisteminin olmaması məqsədilə dəyərlər kriteriyası əsasında immiqrasiya sisteminin tətbiqi üçün çox sərt mübarizə aparırıq. Daha sərt və ağıllı olmalıyıq", - o yazıb.

ABŞ prezidenti immiqrasiya icazəsinin yalnız ABŞ iqtisadiyyatının ehtiyac duyduğu qiymətli peşəkar bacarıqlara malik əcnəbilərə veriləcəyi sistem tətbiq etmək niyyətində olduğunu qeyd edib.

Xatırladaq ki, Nyu-Yorkda kişi yük maşını ilə velosipedçilər üçün ayrılmış zolağın hərəkət hissəsinə çıxıb və qarşısına çıxan hər kəsi vurub, sonra məktəb avtobusuna və digər nəqliyyat vasitəsinə çırpılaraq yaralanıb və polis onu saxlayıb. Hadisə nəticəsində 8 nəfər ölüb, azı 15 nəfər yaralanıb.

Federal Təhqiqat Bürosu (FTB) insidenti terror aktı kimi nəzərdən keçirir.

Florida ştatında yaşayan özbəkistanlı Sayfullo Saipov hadisəni törətməkdə şübhəli bilinir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi