Tramp yenidən KİV-i sərt tənqid edib

Tramp yenidən KİV-i sərt tənqid edib Bakı. 3 avqust. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp tərəfdarları qarşısında növbəti çıxışı zamanı yenidən KİV-i tənqid edib.
Digər ölkələr
3 Avqust , 2018 05:48
Tramp yenidən KİV-i sərt tənqid edib

Bakı. 3 avqust. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp tərəfdarları qarşısında növbəti çıxışı zamanı yenidən KİV-i tənqid edib.

"Report"un xəbərinə görə, bu barədə RİA "Novosti" məlumat yayıb.

Bildirilir ki, o, Pensilvaniya ştatındakı çıxışı zamanı jurnalistlərin reportajlarını mənfur adlandırıb. 

"Azad mətbuata nə oldu? Düzgün reportajlarla nə oldu? Onlar işıqlandırmırlar. Onlar yalnız tarixi uydururlar", - deyə Ağ Ev rəhbəri KİV-i qınayıb.

ABŞ prezidenti onun haqqında yazan mətbu orqanları "yalan" və "iyrənc" adlandırıb.

Tramp həmçinin jurnalistləri ona görə tənqid edib ki, mətbuat onun Şimali Koreya lideri, Rusiya prezidenti və Böyük Britaniya kraliçası ilə görüşünü yanlış işıqlandırıb. 

Son xəbərlər

Orphus sistemi