Tramp və Qani Əfqanıstanda sülh məsələsini müzakirə etdilər

Tramp və Qani Əfqanıstanda sülh məsələsini müzakirə etdilər ABŞ prezidenti Donald Trampla Əfqanıstan prezidenti Əşrəf Qani arasında telefon danışığı olub.
Digər ölkələr
3 Mart , 2020 02:59
Tramp və Qani Əfqanıstanda sülh məsələsini müzakirə etdilər

ABŞ prezidenti Donald Trampla Əfqanıstan prezidenti Əşrəf Qani arasında telefon danışığı olub.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Qeyd edilir ki, dövlət başçıları “Taliban”la imzalanmış müqavilə fonunda Əfqanıstanda sülhün bərqərar olunmasını müzakirə ediblər.

Donald Tramp prezident Əşrəf Qanini Əfqanıstanda sülhün bərqərar olmasında son zəruri addımlar münasibətilə təbrik edib. Hər iki lider ABŞ və Əfqanıstanın birgə bəyannaməsinin, eləcə də Əfqanıstanda (“Taliban”la) razılaşmanın bu ölkədə sülh prosesi üçün əhəmiyyətli addımlar olması barədə razılığa gəliblər.

Dövlət başçıları həmçinin sülh prosesi üçün əlaqə saxlamağı razılaşdırıblar. 

Son xəbərlər

Orphus sistemi