Tramp Tillersona IQ-lərini müqayisə etməyi təklif edib

Tramp Tillersona IQ-lərini müqayisə etməyi təklif edib "Kimin qazanacağını indidən deyə bilərəm"
Digər ölkələr
10 Oktyabr , 2017 16:56
Tramp Tillersona IQ-lərini müqayisə etməyi təklif edib
AP Photo

Bakı. 10 oktyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonun onun haqqında xoşagəlməz söz işlədəcəyi təqdirdə, ikisi arasında intellektin əmsalını müəyyənləşdirəcək testin (IQ test) keçirilməsini təklif edib.

"Report" xəbər verir ki, D.Tramp bu barədə "Forbes" jurnalına müsahibəsində bildirib.

"Məncə, bunlar qurama xəbərlərdir. Amma o, həqiqətən, belə deyibsə, IQ testlə özümüzü müqayisə etməliyik. Kimin qazanacağını isə indidən deyə bilərəm", - D.Tramp vurğulayıb.

Xatırladaq ki, ötən həftə "NBC News" telekanalı Tillersonun Tramp haqqında xoşagəlməz ifadə işlətdiyini və yayda postunu tərk etmək niyyətində olduğunu, amma vitse-prezident Mayk Pens onu bu fikrindən daşındırdığını xəbər verib. Tillerson, öz növbəsində, bu məlumatları təkzib edib.

Son xəbərlər

Orphus sistemi