Tramp: "Suriyada İŞİD üzərində tam qələbə qazanılıb"

Tramp: "Suriyada İŞİD üzərində tam qələbə qazanılıb" Bakı. 1 mart. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp bildirib ki, Suriyada İslam dövləti terror qruplaşması tamamilə darmadağın edilib.
Digər ölkələr
1 Mart , 2019 00:02
Tramp: Suriyada İŞİD üzərində tam qələbə qazanılıb

Bakı. 1 mart. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp bildirib ki, Suriyada "İslam dövləti" terror qruplaşması tamamilə darmadağın edilib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu fikirləri Ağ Ev rəhbəri Alyaskada hərbi qulluqçular qarşısındakı çıxışında səsləndirib.

"Biz "xilafət"i 100% tutduq. Rayon, ərazi nəzərdə tutulur. Biz bunu güman edildiyindən daha sürətli etdik", - deyə Tramp bildirib.

ABŞ prezidenti fevralın 27-28-də Koreya Xalq Demokratik Respublikasının lideri Kiml Çen Inla sammitinin keçirildiyi Vyetnamdan qayıdarkən Alyaskada olub.

Daha əvvəl Donald Tramp Şimali Koreya lideri ilə razılığa gələ bilməməsinin səbəbini açıqlayıb. 

Son xəbərlər

Orphus sistemi