Tramp Rusiya və Səudiyyə rəhbərlərinə təşəkkür etdi

Tramp Rusiya və Səudiyyə rəhbərlərinə təşəkkür etdi ABŞ prezidenti Donald Tramp neft hasilatının azaldılması üzrə OPEK+ sazişini çox gözəl adlandırıb.
Digər ölkələr
13 Aprel , 2020 02:37
Tramp Rusiya və Səudiyyə rəhbərlərinə təşəkkür etdi

ABŞ prezidenti Donald Tramp neft hasilatının azaldılması üzrə OPEK+ sazişini çox gözəl adlandırıb.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Bidlrilir ki, Ağ Ev rəhbəri Rusiya Federasiyası prezidenti Vladimir Putinə və Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Al Səuda təşəkkür edib.

"OPEC+ ölkələri ilə böyük neft sazişi bağlanıb. Bu Birləşmiş Ştatlarda energetikada yüzlərlə minlərlə iş yerini qənaət etməyə icazə verəcək. Mən Rusiya prezidenti Vladimir Putinə, Səudiyyə Ərəbistanının kralı Salmana təşəkkür və təbrik etmək istərdim. Mən Oval kabinetdə onlarla danışırdım. Hamı üçün çox gözəl saziş!" - Tramp “Twitter”də yazıb.

OPEC və qeyri-OPEC ölkələri nazirlərinin videokonfrans formatında keçirilən X iclasında gündəlik neft hasilatının azaldılması ilə bağlı “Əməkdaşlıq Bəyannamə”si təsdiqlənib. İclasda “OPEC+ ölkələri tərəfindən Meksikanın gündəlik neft hasilatını 100 min barel həcmində azaltması təklifinə baxılaraq qəbul edilib.

Bazar günü Rusiya Federasiyası prezidenti Vladimir Putin, ABŞ prezidenti Donald Tramp və Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Al Səud telefon danışığı aparıblar. Dövlət başçıları neft hasilatının mərhələli ixtisarı haqqında OPEK+ razılaşmasını dəstəkləyiblər.

Son xəbərlər

Orphus sistemi