Ağ ev: Tramp qoşunların Əfqanıstandan çıxarılması barədə göstəriş verməyib

Ağ ev: Tramp qoşunların Əfqanıstandan çıxarılması barədə göstəriş verməyib Bakı. 29 dekabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Amerikanın Əfqanıstandakı hərbçilərinin sayının azaldılması barədə qərar qəbul etməyib və Pentaqona müvafiq göstəriş verməyib.
Digər ölkələr
29 Dekabr , 2018 04:44
Ağ ev: Tramp qoşunların Əfqanıstandan çıxarılması barədə göstəriş verməyib

Bakı. 29 dekabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp Amerikanın Əfqanıstandakı hərbçilərinin sayının azaldılması barədə qərar qəbul etməyib və Pentaqona müvafiq göstəriş verməyib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu iddia ilə cümə günü Ağ evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Qarrett Marki çıxış edib.

"Prezident ABŞ-ın Əfqanıstanda hərbi iştirakının azaldılması barədə qərar qəbul etməyib və o, ABŞ Müdafiə Nazirliyinə şəxsi heyətin Əfqanıstandan çıxarılması barədə təlimat verməyib", - deyə "Bloomberg" onun sözlərini sitat gətirib.

Son xəbərlər

Orphus sistemi