Tramp Putinlə telefon danışığı aparacağını istisna etmir - YENİLƏNİB
- 16 may, 2025
- 16:31
ABŞ Prezidenti Donald Tramp Ukrayna nizamlanmasını müzakirə etmək üçün Rusiya Prezidenti Vladimir Putinə zəng edə biləcəyini deyib.
“Report” CNN telekanalına istinadən xəbər verir ki, Tramp bu sözləri jurnalistlərə açıqlamasında bildirib.
"Bəli, bu, mümkündür", - o, Rusiya Prezidenti ilə əlaqə saxlaya bilib-bilməyəcəyi barədə sualı belə şərh edib.
12:20
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə görüşün təşkili mümkün olan kimi onunla görüşməyə hazır olduğunu bildirib.
“Report” xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.
"Görüşümüz onu təşkili mümkün olan kimi baş tutacaq", - Tramp Rusiya lideri ilə görüşünün nə vaxt keçirilə biləcəyi sualına cavab verib.
Ukrayna nizamlanmasından danışan ABŞ lideri qeyd edib ki, "biz bunu etməliyik".
"Dünya 2-3 həftə ərzində daha təhlükəsiz olacaq", - o bildirib.