Tramp Mark Esperi Pentaqon rəhbəri vəzifəsindən azad etdi
Tramp Mark Esperi Pentaqon rəhbəri vəzifəsindən azad etdiABŞ prezidenti Donald Tramp Terrorizmiə Mübarizə üzrə Milli Mərkəzin başçısı Kristofer Milleri Mark Esperin yerinə təyan etdiyini bildirib.
ABŞ prezidenti Donald Tramp Terrorizmlə Mübarizə üzrə Milli Mərkəzin başçısı Kristofer Milleri müdafiə naziri Mark Esperin yerinə təyin etdiyini bildirib.
“Report”un məlumatına görə, bu barədə o, özünün “Twitter”dəki hesabında yazıb.
"Milli Terrorla Mübarizə Mərkəzinin çox hörmətli direktoru (Senat tərəfindən yekdilliklə təsdiqlənən-red) Kristofer Millerin bundan sonra müdafiə naziri vəzifəsini icra edəcəyini elan etməkdən məmnunam. Kris çox yaxşı işləyəcək! Mark Esper vəzifəsindən uzaqlaşdırıldı. Ona xidmətinə görə təşəkkür edirəm", - Tramp yazıb.
Xatırladaq ki, son aylar mətbuatda Esperin vəzifəsindən istefa vermək istəməsi barədə şayiələr yayılmışdı.
I am pleased to announce that Christopher C. Miller, the highly respected Director of the National Counterterrorism Center (unanimously confirmed by the Senate), will be Acting Secretary of Defense, effective immediately..