Tramp ona qarşı sui-qəsd cəhdinin araşdırılmasından məmnundur

Digər ölkələr
  • 13 iyul, 2025
  • 07:05
Tramp ona qarşı sui-qəsd cəhdinin araşdırılmasından məmnundur

ABŞ prezidenti Donald Tramp bildirib ki, bir il əvvəl Pensilvaniya ştatında keçirilən mitinqdə ona qarşı sui-qəsd cəhdinin araşdırılmasının nəticələrindən razıdır.

"Report"un məlumatına görə, bu barədə Ağ Ev rəhbəri "Fox News" telekanalına müsahibəsində bildirib.

"FTB və Məxfi Xidmət məni dəfələrlə məlumatlandırıb, mən bundan razıyam", - deyə o bildirib.

Prezident qeyd edib ki, sui-qəsd onun mühafizəsinə cavabdeh olanların buraxdığı bir neçə səhvin nəticəsində baş verib. "Onlar binaya (atəş açılan - red.) kimisə təyin etməli idilər, yerli polis ilə əlaqəni daha yaxşı saxlamalı idilər", - deyə o əlavə edib.

Tramp həmçinin cinayətkarı operativ şəkildə zərərsizləşdirən snayperə diqqət çəkib. "Bizim snayperimiz beş saniyədən az müddətdə böyük məsafədən bir atəşlə onu vura bildi. Əgər o bunu etməsəydi, vəziyyət daha pis olardı".

Son xəbərlər

Bütün Xəbər Lenti