Bakı. 30 noyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp çərşənbə günü ölkənin dövlət borcunun demokrat xələfi Barak Obamanın zamanında iki dəfə artdığını xatırladıb.
“Report” TASS-a istinadən xəbər verir ki, o bunu "Twitter" hesabında yazıb.
"Demokratların dövlət borcu haqqında söhbətlərini eşitmək gülməlidir, halbuki sabiq prezident Obama onu səkkiz il ərzində iki dəfə artırıb", - deyə Amerika lideri qeyd edib.
Sentyabrın 20-də ABŞ-ın dövlət borcu tarixdə ilk dəfə olaraq 20 trilyon dolları ötüb.