Tramp Nensi Pelosiyə Nümayəndələr Palatasının sədri seçilməkdə yardım edəcəyinə söz verib

Tramp Nensi Pelosiyə Nümayəndələr Palatasının sədri seçilməkdə yardım edəcəyinə söz verib Bakı. 17 noyabr. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasının Nümayəndələr Palatasındakı lideri Nensi Pelosiyə palatanın sədri olmaq üçün lazımi sayda səs toplamaqda komək edə biləcəyini bəyan edib.
Digər ölkələr
17 Noyabr , 2018 17:43
Tramp Nensi Pelosiyə Nümayəndələr Palatasının sədri seçilməkdə yardım edəcəyinə söz verib

Bakı. 17 noyabr. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp Demokratlar Partiyasının Nümayəndələr Palatasındakı lideri Nensi Pelosiyə palatanın sədri olmaq üçün lazımi sayda səs toplamaqda komək edə biləcəyini bəyan edib.

"Report" xəbər verir ki, bu barədə D.Tramp "Twitter"də yazıb.

"Nensi Pelosinin Nümayəndələr Palatasının spikeri olması üçün tələb olunan qədər səs toplamaqda kömək edə bilərəm. O, bu qələbəyə layiqdir, bunu özü qazanıb. Amma onun partiyasında qələbəni onun əlindən almağa çalışan insanlar var. O, qazanacaq!", - ABŞ Prezidenti yazıb.

Qeyd edək ki, noyabrın 6-da ABŞ Konqresinə aralıq seçkilər keçirilib. Respublikaçılar azı 52 yeri təmin edərək Senatda çoxluğu saxlayıblar, ancaq Nümayəndələr Palatasında çoxluğu itiriblər.

Son xəbərlər

Orphus sistemi