Donald Tramp Manafortun həbs müddətinin artmasına təəssüflənib

Donald Tramp Manafortun həbs müddətinin artmasına təəssüflənib ABŞ Prezidenti Donald Tramp vaxilə onun seçki qərargahının rəhbəri olmuş Pol Manafortun Kolumbiya Dairə Məhkəməsi tərəfindən həbs edilməsini şərh edib.
Digər ölkələr
14 Mart , 2019 03:00
Donald Tramp Manafortun həbs müddətinin artmasına təəssüflənib

ABŞ Prezidenti Donald Tramp vaxilə onun seçki qərargahının rəhbəri olmuş Pol Manafortun Kolumbiya Dairə Məhkəməsi tərəfindən həbs edilməsini şərh edib.

"Report" xəbər verir ki, bu barədə "The Hill" məlumat yayıb.

"Pol Manaforta görə çox təəssüf edirəm. O, müvəffəqiyyətlə Ronald Reyqanla, Con Makkeynlə, Bob Doulla və başqaları ilə uzun illər boyunca işləyirdi və mən təəssüf edirəm. Düşünürəm ki, bu, kədərli vəziyyətdir", - deyə Yramp bildirib.

Qeyd edək ki, ABŞ Prezidentinin vaxtilə seçki qərargahının rəhbəri olmuş Pol Manafort Kolumbiya Dairə Məhkəməsi tərəfindən qeydiyyatsız lobbiçilikdə və şahidlərə təzyiq göstərməkdə ittiham edilərək həbs cəzasına və 6 milyon dollardan artıq cəriməyə məhkum edilib.

Son xəbərlər

Orphus sistemi