Tramp irqçi olmadığını iddia edib

Tramp irqçi olmadığını iddia edib Bakı. 15 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp bildirib ki, o, özünü irqçi hesab etmir.
Digər ölkələr
15 Yanvar , 2018 05:49
Tramp irqçi olmadığını iddia edib

Bakı. 15 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp bildirib ki, o, özünü irqçi hesab etmir.

"Report" xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Xəbərdə qeyd edilir ki, Ağ Ev rəhbəri Afrika ölkələrinin, Haiti və Salvadorun ünvanına təhqiramiz fikirlər səsləndirmədiyini deyib.

"Yox, mən irqçi deyiləm. Mən sizin müsahibə aldığınız ən az irqçi insanam", - deyə "CNN" ondan sitat gətirib.

Yanvarın 12-də məlum olub ki, Amerika lideri ABŞ-a Afrika ölkələrindən, həmçinin Haiti və Salvadordan gələn miqrantrları "çirkli deşiklər"dən gələnlər adlandırıb. Bu, beynəlxalq ictimaiyyətin kəskin narazılığına səbəb olub. Daha sonra Tramp bu informasiyanı təkzib edib.

Amerikanın respublikaçı senatorları Tom Kotton və Devid Perdyu bildiriblər ki, Ağ Ev rəhbərindən belə fikirlər eşitməyiblər.

Son xəbərlər

Orphus sistemi