Tramp dostunu əfv edəcəyinə eyham vurdu

Tramp dostunu əfv edəcəyinə eyham vurdu ABŞ prezidenti Donald Tramp bildirib ki, Konqresə yalan ifadələr verməsinə və məhkəməyə maneçilik törətməsinə görə üç ildən çox müddətə həbs cəzasına məhkum edilmiş silahdaşı Rocer Stounun bəraət almasını istəyir.
Digər ölkələr
1699
21 Fevral , 2020 06:18
Tramp dostunu əfv edəcəyinə eyham vurdu

ABŞ prezidenti Donald Tramp bildirib ki, Konqresə yalan ifadələr verməsinə və məhkəməyə maneçilik törətməsinə görə üç ildən çox müddətə həbs cəzasına məhkum edilmiş silahdaşı Rocer Stounun bəraət almasını istəyir.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Tramp deyib ki, hansısa bir anda Stounun işi üzrə qərar qəbul edəcək. O, bununla öz dostunun mümkün əfvinə işarə edib.

“Rocerin bəraət üçün əla şansı var. Mən istəyərdim ki, Rocerə bəraət qazandırsınlar”, - deyə ABŞ prezidenti bildirib.

Ağ Ev rəhbəri deyib ki, çox gözəl ailəsi olan Stoun ağıllı və yaxşı insandır. "Onun başına gələnlər inanılmazdır. Deyirlər ki, o aldadırdı, amma başqa insanlar da həmçinin aldadırlar", - prezident əlavə edib.

Tramp həmçinin ABŞ-ın məhkəmə sistemini, "çirkli polislər"i və Federal Təhqiqat Bürosunu tənqid edib.

"Bu ədalətsiz proses idi. Rocer ədalətli prosesə layiqdir", - Tramp vurğulayıb.

Məhkəmə Stounu yalan ifadələr, məhkəməyə və şahidlərə mane olma ittihamları üzrə azadlıqdan məhrum edib.  

Son xəbərlər

Orphus sistemi