Tramp prezidentlik yarışında Baydenin iştirak etməsi qərarını şərh edib

Tramp prezidentlik yarışında Baydenin iştirak etməsi qərarını şərh edib ABŞ Prezidenti Donald Tramp sabiq vitse-prezident Co Baydenin 2020-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etməsi qərarını şərh edib.
Digər ölkələr
26 Aprel , 2019 11:06
Tramp prezidentlik yarışında Baydenin iştirak etməsi qərarını şərh edib

ABŞ Prezidenti Donald Tramp sabiq vitse-prezident Co Baydenin 2020-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etməsi qərarını şərh edib.

"Report" xəbər verir ki, bu barədə o, "Twitter" səhifəsində yazıb.

"Prezidentlik yarışına xoş gəldin, Yuxulu Co", - Tramp yazıb.

O, Baydenin müvəffəqiyyətli kampaniya aparmaq üçün uzun müddət sual altına alınan kifayət qədər intellektual bacarıqlara malik olduğuna ümid etdiyini vurğulayıb.

"Bu, xoşagəlməz olacaq. Siz həqiqətən çox xəstə və ağlasığmaz ideyaları olan insanlarla işləyəcəksiniz", - Tramp bildirib.

Son xəbərlər

Orphus sistemi