ABŞ-ın hazırkı Prezidenti Donald Tramp xələfi Cozef Baydenin andiçmə mərasimində iştirak etməyəcək.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, D.Tramp yanvarın 20-də Ağ evi tərk edib Florida ştatına yollanacaq və orada tərəfdarlarının keçirdiyi mitinqdə çıxış edəcək.
Məlumata görə, D.Tramp çıxışında 4 il sonra prezident seçkilərində iştirak edəcəyini açıqlayacaq.
Xatırladaq ki, C.Bayden D.Trampı inauqurasiya mərasimində gözlədiyini bildirmişdi.
Qeyd edək ki, prezident seçkilərində Demokratlar Partiyasının namizədi C.Bayden qalib gəlib. Yeni dövlət başçısının inauqurasiyası 2021-ci ilin 20 yanvarında olacaq. Birləşmiş Ştatların hazırkı prezidenti D.Tramp 3 noyabr seçkilərindəki məğlubiyyətlərini tanımır. Respublikaçıların namizədi bir sıra ştatların seçkilərinin nəticələrinə etiraz edir.