Tramp Administrasiyası ÜTT normalarına məhəl qoymamağı planlaşdırır

Tramp Administrasiyası ÜTT normalarına məhəl qoymamağı planlaşdırır Belə bir sənədin qəbulu ABŞ-nın təşkilatdan çıxmasına bərabərdir
Digər ölkələr
2 İyul , 2018 10:07
Tramp Administrasiyası ÜTT normalarına məhəl qoymamağı planlaşdırır
Report
0 : 00
0 : 00

Bakı. 2 iyul. REPORT.AZ/ Prezident Donald Tramp Administrasiyası Ümumdünya Ticarət Təşkilatının (ÜTT) tələblərinə məhəl qoymamağa imkan verəcək qanun layihəsini konqresə təqdim etməyə hazırlaşır.

"Report"un məlumatına görə, bu barədə qanun layihəsinin ilkin variantını əldə edən "Axios Amerika" portalı xəbər verir.

Sənəd qəbul ediləcəyi təqdirdə, Konqresin razılığı olmadan birtərəfli qaydada idxal edilən mallara rüsumları təsdiqləmək hüququ ABŞ prezidentinə veriləcək. O, həmçinin ÜTT baza prinsiplərinə məhəl qoymamağa imkan verəcək.

Konqresdəki mənbə bildirib ki, belə bir sənədin qəbulu ABŞ-nın təşkilatdan çıxmasına bərabərdir.

Son xəbərlər

Orphus sistemi