Yuxarı
    Bağlamaq

    Tramp ABŞ-ın ticarət nümayəndəsi vəzifəsinə Reyqan administrasiyasından keçmiş məmuru seçib

    ABŞ-ın yeni seçilən prezidenti ABŞ-ın ticarət nümayəndəsi postunu Robert Laytxayzerə təklif edib

    Bakı. 3 yanvar. REPORT.AZ/ ABŞ-ın yeni seçilən prezidenti Donalt Tramp ölkənin ticarət nümayəndəsi postunu Ronald Reyqan administrasiyasından olan keçmiş məmur Robert Laytxayzerə təklif edib.

    "Report" RİA Novosti"yə istinadən xəbər verir ki, hazırkı prezident Barak Obamanın administrasiyasında bu vəzifəni Maykl Froman tutur. Robert Laytxayzer Ronald Reyqan administrasiyasında ABŞ ticarət nümayəndəsinin müavini vəzifəsini tutub. Hazırda o, ticarət məsələləri üzrə hüquqşünas kimi fəaliyyət göstərir. 

    ABŞ prezidentinin icra ofisi yanında ticarət nümayəndəliyi nazirlik dərəcəsində hökumət agentliyidir. Ticarət qanunvericiliyinin hazırlanması, ikitərəfli və çoxtərəfli ticarət sazişlərinin tərtib olunması, xarici ticarət siyasətinə əlaqələndirilməsi ilə məşğul olur. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi