Tramp ABŞ-da seçki saxtakarlıqlarına dair sübutları təqdim edəcək

Tramp ABŞ-da seçki saxtakarlıqlarına dair sübutları təqdim edəcək ABŞ prezidenti Donald Tramp növbəti dəfə prezident seçkilərində öz qələbəsi haqqında bildirib və demokratlar tərəfindən fırıldaqçılığa dair sübutları təqdim edəcəyinə söz verib.
Digər ölkələr
2066
29 Noyabr , 2020 20:30
Tramp ABŞ-da seçki saxtakarlıqlarına dair sübutları təqdim edəcək
Donald Tramp

ABŞ prezidenti Donald Tramp növbəti dəfə prezident seçkilərində qələbə qazanması barədə bildirib və demokratlar tərəfindən fırıldaqçılığa dair sübutları təqdim edəcəyinə söz verib.

“Report” xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “FoxNews”a müsahibəsində deyib.

"Biz seçkilərdə asanlıqla qalib gəldik. Ola bilməz ki, Bayden milyonlarla səs yığsın", - o, müsahibəsində bildirib.

Tramp öz qələbəsini elan etmiş Co Baydenin afroamerikalı seçicilər arasında sabiq dövlət başçısı Barak Obamadan da çox səs yığa bilməsindən şübhələnib.

"Minlərlə ölü insan səs “verdi", - Tramp təkrarlayıb. O, vurğulayıb ki, əslində Bayden 80 milyon səs toplamayıb.

ABŞ prezidenti bildirib ki, fırıldaqçılıq sübutları arasında şahid ifadələri, həmçinin Baydenin xeyrnə bülletenlərin topa şəklində atılmasına dair şəkillər və sübutlar tapılıb. "Bizdə sübutlar çoxdur", - Tramp deyib.

Son xəbərlər

Orphus sistemi