Tramp ABŞ-da koronavirusdan öləcək insanların sayını açıqladı

Tramp ABŞ-da koronavirusdan öləcək insanların sayını açıqladı Gələcəkdə Birləşmiş Ştatlarda koronavirusdan öləcək insanların sayı təxminən 100 min nəfər təşkil edə bilər ki, bu yaxınlardakı proqnozlar həmin məsələdə əhəmiyyətli dərəcədədir.
Digər ölkələr
2 May , 2020 02:26
Tramp ABŞ-da koronavirusdan öləcək insanların sayını açıqladı

Gələcəkdə Birləşmiş Ştatlarda koronavirusdan öləcək insanların sayı təxminən 100 min nəfər təşkil edə bilər ki, bu yaxınlardakı proqnozlar həmin məsələdə əhəmiyyətli dərəcədədir.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ağ Evdə çıxış edən ABŞ prezidenti Donald Tramp bildirib.

"Ümid edək ki, biz bundan 100 mindən az insanın ölümü səviyyəsində çıxacağıq. Bu, onsuz da dəhşətli göstəricidir", - koronavirusun yayılmasına qarşı mübarizənin gedişini şərh edən ABŞ lideri deyib.

Eyni zamanda Tramp aprelin 17-də bildirib ki, koronavirus ehtimal ki, ABŞ-da 60-65 min insanın həyatına son qoyacaq.

ABŞ administrasiyasının başçısı həmçinin növbəti dəfə yeni koronavirusun yayılmasının mənbəyindəcə dayandırılmasının zəruri olması ilə bağlı fikirlərini ifadə edib.

"Onun sayəsində ki, biz əyrini hamarladıq (virusa yoluxmuşların say artımını), yayılma (koronavirusun) tempini yavaşıtdıq və səhiyyə sahəsində potensialımızı genişləndirdik. Biz indi öz ölkəmizin tədricən təkrar açılışı prosesindəyik", - sanitar məhdudiyyətlərin ləğvini nəzərdə tutan ABŞ prezidenti əlavə edib.

Aprelin 10-da məlum olub ki, ABŞ hakimiyyəti ölkədə koronavirus qurbanlarının sayı ilə bağlı öz hesablamalarına düzəliş edib. Həmin vaxt da qeyd edilirdi ki, Birləşmiş Ştatlar administrasiyası hesab edir ki, koronavirusa yoluxmuş azı 100 min amerikalı öləcək.

Son xəbərlər

Orphus sistemi