Yuxarı

Tramp ABŞ-da koronavirusdan öləcək insanların sayını açıqladı

​Tramp ABŞ-da koronavirus qurbanlarının gələcək saynı açıqladı

4804

© Donald Tramp

ABŞ hakimiyyəti ölkədə koronavirus qurbanlarının sayı ilə bağlı öz hesablamalarına düzəliş edib. Birləşmiş Ştatlar administrasiyası hesab edir ki, koronavirusa yoluxmuş azı 100 min amerikalı öləcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp keçirdiyi brifinqdə bildirib.

"Əvvəl deyirdilər ki, əgər heç bir tədbir görülməsə, 100 mindən 225 min nəfərə (minimal itki sayı -red) və 2,2 milyona qədər olacaq”, - o deyib. “Baxarıq, nəticə nə olacaq, amma indi görünür, 100 mindən (ölənlərin sayı-red) çox olacaq", - ABŞ prezidenti əlavə edib.

Qeyd edək ki, ABŞ-da 473 mindən çox insan koronavirusa yoluxub, 17 836 nəfər pandemiyanın qurbanı olub.

Birləşmiş Ştatlar dünyada koronavirusa yoluxma hallarının sayı üzrə liderdir və pandemiya qurbanlarının sayına görə İtaliyaya yaxınlaşır. Qeyd edək ki, İtaliyada 18 mindən çox insan koronavirusun qurbanı olub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 652 000-i ötüb. Bunların 369 927 nəfəri sağalıb, 100 371 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi