Tokioda koronavirusa yoluxmada rekord qeydə alınıb

Tokioda koronavirusa yoluxmada rekord qeydə alınıb Tokioda son sutka ərzində 220-dən çox yeni koronavirusa yoluxma hadisəsi aşkar edilib
Digər ölkələr
9 İyul , 2020 11:27
Tokioda koronavirusa yoluxmada rekord qeydə alınıb

Tokioda son sutka ərzində 220-dən çox yeni koronavirusa yoluxma hadisəsi aşkar edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu artım Yaponiya paytaxtı üçün ölkədə koronavirusun yayılmağa başlamasından bəri günlük rekord göstərici olub. Paytaxt administrasiyası tərəfindən rəsmi statistika daha sonra dərc olunacaq.

Tokioda yeni yoluxma hallarının böyük əksəriyyəti 20-40 yaş arasında olan insanlarda qeydə alınıb.

“Diamond Princess” kruiz gəmisinin sərnişinləri və ekipajı da daxil olmaqla, Yaponiyada koronavirusa yoluxanların ümumi sayı 21 min nəfəri keçib, 995 ölüm halı qeydə alınıb. Ölkədə, təxminən, 18 min nəfər virusdan sağalıb, 36 xəstə reanimasiya şöbələrində ağır vəziyyətdədir.

Son xəbərlər

Orphus sistemi