Tokioda koronavirusa gündəlik rekord sayda yoluxma qeydə alınıb

Tokioda koronavirusa gündəlik rekord sayda yoluxma qeydə alınıb Hazırda Yay Olimpiya oyunlarının keçirildiyi Tokionun rəhbərliyi ötən gün ərzində yeni növ koronavirusa rekord sayda - 2 848 yoluxma faktının qeydə alındığını açıqlayıb.
Digər ölkələr
27 İyul , 2021 12:59
Tokioda koronavirusa gündəlik rekord sayda yoluxma qeydə alınıb

Hazırda Yay Olimpiya Oyunlarının keçirildiyi Tokioda ötən gün ərzində yeni növ koronavirusa rekord sayda - 2 848 yoluxma faktının qeydə alındığı açıqlanıb.

Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli NHK telekanalı məlumat yayıb.

Xatırladaq ki, Yaponiya paytaxtında əvvəlki maksimum yoluxma göstəricisi yanvarın 7-də qeydə alınıb. Həmin vaxt 2 520 nəfər şəhər sakini koronavirusa yoluxub.

Paytaxt prekefturasında epidemioloji vəziyyətin pisləşməsi səbəbindən iyulun 12-dən etibarən Tokioda fövqəladə vəziyyət rejimi qüvvədədir. Fövqəladə vəziyyət rejimi ictimai qida müəssisələrində spirtli içki satışına qadağa tətbiq olunmasını və kütləvi tədbirlərə məhdud sayda tamaşaçının buraxılmasını nəzərdə tutur. Bu səbəbdən, iyulun 23-dən avqustun 8-dək Yaponiya paytaxtında keçirilən Olimpiya oyunları tamaşaçısız keçirilir.

Son xəbərlər

Orphus sistemi