"The Washington Post" Camal Qaşıqçının son məqaləsini dərc edib

"The Washington Post" Camal Qaşıqçının son məqaləsini dərc edib Bakı. 18 oktyabr. REPORT.AZ/ The Washington Post qəzeti jurnalist Camal Qaşıqçının İstanbulda itkin düşməsindən az əvvəl yazıb başa çatdırdığı məqaləsini dərc edib.
Digər ölkələr
18 Oktyabr , 2018 07:33
The Washington Post Camal Qaşıqçının son məqaləsini dərc edib

Bakı. 18 oktyabr. REPORT.AZ/ "The Washington Post" qəzeti jurnalist Camal Qaşıqçının İstanbulda itkin düşməsindən az əvvəl yazıb başa çatdırdığı məqaləsini dərc edib.

"Report"un məlumatına görə, jurnalist məqaləsində ərəb dünyasında KİV-in azadlığının aşağı səviyyədə olmasından və xəbərlərin işıqlandırılmasına dövlət təsirini gücləndirilməsindən bəhs edib.

Qaşıqçı həmçinin qeyd edib ki, bir çox ərəb jurnalistləri həmkarlarının çoxsaylı həbsləri barədə susmağa üstünlük verirlər.

"Əl-Masry əl Yorum" qəzetinin bütün tirajının Misir hökuməti tərəfindən ələ keçirilməsi həmkarlar tərəfindən nə qəzəb, nə reaksiya doğurdu", - deyə Qaşıqçı vurğulayıb.

Daha əvvəl KİV bildirib ki, Türkiyənin hüquq-mühafizə orqanları Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı Konsulluğunda öldürülməsinə dair dəlillər aşkarlayıb.

"The Washington Post" qəzetinin icmalçısı Camal Qaşıqçı oktyabrın 2-də İstanbulda itkin düşüb.  

Son xəbərlər

Orphus sistemi