ABŞ-nin Texas ştatının Braunsvill şəhərində evsizlər mərkəzi qarşısında avtomobilin insanların üzərinə sürülməsi nəticəsində azı 7 nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə polisə istinadən ABC telekanalı məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, daha 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtomobilin sürücüsü həbs edilib və hazırda xəstəxanadadır.