Yuxarı
    Bağlamaq

    Texasda atəş zamanı iki polis yaralanıb

    Polis əməkdaşlarından birinin vəziyyəti kritikdir

    Bakı. 17 sentyabr. REPORT.AZ/ Texas ştatının Fort Uort şəhərində baş verən atışma zamanı iki polis yaralanıb.

    "Report" "Qazeta.ru" portalına istinadən xəbər verir ki, polislər çağırış əsasında şəhərin evlərindən birinə gedib. Onlar evin arxasındakı bağçada yerləşən damın qapısını açan zaman silahlı şəxs hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıb. Öz növbəsində, polis əməkdaşları cavab atəşi açıblar.

    Hadisə nəticəsində naməlum şəxs öldürülüb. Hazırda polis əməkdaşlarından birinin vəziyyəti kritikdir, digər polis yüngül xəsarət alıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi