Terrorçuların Pakistanda universitetə hücumu nəticəsində 9 nəfər ölüb, 37 nəfər yaralanıb - YENİLƏNİB

Terrorçuların Pakistanda universitetə hücumu nəticəsində 9 nəfər ölüb, 37 nəfər yaralanıb - YENİLƏNİB Hadisə ölkənin şimal-şərqində yerləşən Peşavar şəhərində baş verib
Digər ölkələr
1 Dekabr , 2017 11:20
Terrorçuların Pakistanda universitetə hücumu nəticəsində 9 nəfər ölüb, 37 nəfər yaralanıb - YENİLƏNİB
REUTERS/Fayaz Aziz

Bakı. 1 dekabr. REPORT.AZ/ Terrorçuların Pakistanın şimal-şərqində yerləşən Peşavar şəhərində fəaliyyət göstərən Aqrar Universitetinə hücumu nəticəsində azı 9 nəfər həlak olub, 37 nəfər yaralanıb. 

“Report” “dawn”a istinadən xəbər verir ki, bunu yerli xəstəxanadan bildiriblər.

*** 09:42

Pakistanın şimal-şərqində yerləşən Peşavar şəhərində fəaliyyət göstərən Aqrar Universitetin həyətində naməlum silahlı şəxs ətrafdakılara atəş açıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu yerli polis idarəsindən bildiriblər.

Mənbənin sözlərinə görə, polis və hərbçilər universitetin ərazisini mühasirəyə alıblar: “Kampusdan partlayış səsləri eşidilib”.

Atəş nəticəsində azı 5 nəfərin yaralandığı bildirilib. 

Son xəbərlər

Orphus sistemi